Penitensiar Xidmətin rəisi: Azərbaycanda məhkumlar haqqında vahid elektron informasiya sistemi bu il istifadəyə veriləcək

Posted by

Azərbaycanda məhkumlar haqqında vahid elektron informasiya sistemi bu il istifadəyə veriləcək. Bunu Trend-ə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib.

Nazir müavini bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmət üzrə penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən şəxslər barədə “Vahid elektron baza və idarəetmə sistemi”nin yaradılması nəzərdə tutulub.

M.Quliyevin sözlərinə görə, sistem artıq bu il işlək hala gətiriləcək: “Bu sistemin üstünlüyü odur ki, istənilən məhkum haqqında istənilən məlumatı həmin andaca mərkəzləşdirilmiş şəkildə əldə etmək mümkün olacaq. Sistemin qurulması qısa zaman ərzində yekunlaşdırılacaq. Deyə bilərəm ki, bu sistem artıq yay aylarının sonuna, sentyabr ayınadək istifadəyə veriləcək”.

Penitensiar Xidmətin rəisi Bakının mərkəzində yerləşən cəzaçəkmə müəssisələrinin köçürülməsinə də aydınlıq gətirib: “Cəzaçəkmə müəssisələrinin Bakının mərkəzindən köçürülməsi bir neçə il çəkəcək. Bu çox ağır və çətin prosesdir. Bu gün Azərbaycanda məhkumlara göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur. Bunun nəticəsidir ki, Azərbaycanda artıq 3 cəzaçəkmə müəssisəsi tikilərək istifadəyə verilib, 7-si isə inşa edilmə mərhələsindədir. Fikrimcə, bir neçə il ərzində onların hamısında işlər yekunlaşdırılacaq və məhkumlar tam yeni cəzaçəkmə müəssisələrinə keçiriləcəklər”.

Trend.az