Pakistan Senatından işğal edilmiş ərazilərimizdə keçirilmiş qanunsuz “seçkilər”lə bağlı etiraz bəyanatı

Posted by

Pakistan Senatından işğal edilmiş ərazilərimizdə keçirilmiş qanunsuz "seçkilər"lə bağlı etiraz bəyanatıPakistan Senatından işğal edilmiş ərazilərimizdə keçirilmiş qanunsuz “seçkilər”lə bağlı etiraz bəyanatı

Pakistan Senatından işğal edilmiş ərazilərimizdə keçirilmiş qanunsuz "seçkilər"lə bağlı etiraz bəyanatı

Pakistan İslam Respublikası Senatının Müdafiə daimi komitəsi Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin “özünüidarə orqanları”na keçirilmiş “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb.

 

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, komitə bəyanatda qanunsuz “seçkiləri” qəti şəkildə pislədiyini bildirir.

 

Pakistan Senatının bəyanatında qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb və zordan istifadə edərək Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə və digər ağır cinayətlər törədib.

 

Bildirilir ki, bu qanunsuz seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır və sülh danışıqlarına zərbədir. Bu, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını legitimləşdirmək istiqamətində atılmış növbəti addımı, eyni zamanda silahlı münaqişənin siyasi həllində səmimi şəkildə maraqlı olmamasının aydın təzahürü, həmçinin bu ölkənin təxribatlar və gərginləşdirmə yolu seçdiyinin göstəricisidir.

 

Bəyanatda vurğulanır ki, komitə beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir.

 

Komitə inanır ki, münaqişənin davamlı və uzunmüddətli həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrinin icrasının təmin edilməsidir.

 

Trend.az