Ötən il qaçqın statusunun verilməməsi ilə bağlı əcnəbilər tərəfindən məhkəməyə 38 müraciət daxil olub

Posted by

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşid Rzayev deyib ki; “Statuslarından asılı olmayaraq sığınacaq axtaran hər bir şəxsin hüquqları qanunvericiliklə tənzimlənir”.

O bildirib ki, Azərbaycanda sığınacaq almaq istəyən şəxslərin Dövlət Miqrasiya Xidmətinin qərarından məhkəmələrə müraciəti ildən-ilə artır: “Əgər 2015-ci ildə məhkəməyə 8, 2016-cı ildə 11 belə müraciət daxil olmuşdusa, 2017-də iki dəfə artaraq, 38 müraciət daxil olub. Təkcə 2018-ci ilin 2 ayı ərzində 11 belə iddia daxil olub. Bunlardan indiyədək 30 iddia rədd edilib”.

R. Rzayev qeyd edib ki, məhkəməyə müraciət edən əcnəbilər əsasən Əfqanıstan, Türkiyə, İran və Rusiya vətəndaşlarıdır.

APA