“Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar məşğələ keçirildi
İnsan Hüquqları üzrə İctimai Şura ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində məktəblilər arasında tədbirlərin seminar-məşğələlərin keçirilməsinə başlamışdır. Qeyd olunan layihə çərçivəsində ilk seminar-məşğələ Yevlax rayonunda keçirildi. Ekspert şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan müvafiq müddəalarla şagirdlərin tanış edərək, Azərbaycan vətəndaşlarının, habelə şagirdlərin özlərinin bir sıra vəzifələri, hüquq və azadlıqları, Cinayət hüququ, Mülki hüquq, Ailə hüququ, Təhsil hüququ, Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və bu vəzifələrin dövlət əhəmiyyəti, Hüquq pozuntularının mahiyyəti, Birgəyaşayış normaları və bu normaların pozulması hallarının yolverilməzliyi barədə onlara məlumatların verdi.