Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın fəaliyyəti ilə bağlı illik hesabatının tarixi məlum olub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, Ombudsman E. Süleymanova martın 7-də parlamentdə illik hesabatını təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasına və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna görə Ombudsman 7 ildən bir seçilir və bu ilin martında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır.
Onun növbəti müddət üçün namizədliyinin verilməyəcəyi bildirilir.
Apa.az