Ombudsman Aparatında “Biznes və qadın hüquqları” mövzusunda növbəti toplantı keçirilmişdir

Posted by

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında “Biznes və qadın hüquqları” mövzusunda toplantı keçirilmişdir.

Tədbiri Ombudsmanın təşəbbüsü ilə aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə yaradılmış biznes və insan hüquqları sahəsində işçi qrupu təşkil etmişdir.

Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən müvəkkil Elmira Süleymanova “Biznes və qadın hüquqları” sahəsində beynəlxalq təcrübə, rəhbər prinsip və qaydalar barədə danışmış, gender məsələlərinə münasibətdə biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsinin vacibliyini bildirmişdir.

Tədbirdə qadınların əmək hüquqlarına dair qanunvericilik barədə məlumat verilmiş, bu sahədə sahibkarlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Sonda qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri barədə müzakirələr aparılmışdır.

AzərTac.az