Növbəti səyyar qəbullar Yasamal, Suraxanı və Nizami rayonlarında keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar yanvarın 9–da Bakının Yasamal, 10–da isə Suraxanı və Nizami rayonlarında keçiriləcək.
BŞTİ-dən AzərTAc-a bildiriblər ki, Yasamal rayonu üzrə 158 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 13, 21, 167, 158 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Suraxanı rayonu üzrə 281 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda Dədə Qorqud qəsəbəsindəki 315 nömrəli məktəbin və Hövsan qəsəbəsindəki 76, 118, 196, 270, 280, 281 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinləniləcək.
Nizami rayonu üzrə 201 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Keşlə qəsəbəsindəki 12, 201, 227, 312, 328 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin nümayəndələrindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədi daşıyır.
AzərTac.az