Növbəti erməni terrorundan 22 il ötür

Posted by

Növbəti erməni terrorundan 22 il ötür

Növbəti erməni terrorundan 22 il ötür

 

Erməni terroru nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla 44 nəfər dünyasını dəyişib

Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 22 il ötür.

 

Anspress-in məlumatına görə, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı “Mİ-8” mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.

 

Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib.

 

Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər – Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər – 19 nəfər vəfat edib.

 

Milli.Az