İnsan Hüquqları üzrə İctimai Şura “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıb

Posted by

İnsan Hüquqları üzrə İctimai Şura “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıbİnsan Hüquqları üzrə İctimai Şura Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə“Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıb

İnsan Hüquqları üzrə İctimai Şura “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıb

İnsan Hüquqları üzrə İctimai Şura Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10.09.2015 tarixindən etibarən “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlayıb.

Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etməkdən ibarətdir.

Layihə çərçivəsində 2 dəfə Bakı şəhəri, 1 dəfə Şamaxı və 1 dəfə Cəlilabad rayonlarında maarifləndirmə sessiyalarının keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda hüquqşünas və psixoloq tərəfindən ehtiyacı olan gənclərə 2 ay müddətində fərdi konsultasiyalar təşkil olunacaq və “Qaynar xətt” xidməti vasitəsilə hüquqi məsləhətlər veriləcəkdir.

 

Mətbuat Xidməti