Nəqliyyat Nazirliyi parklama sistemini təkmilləşdirir
Bakıda parklama prosesinin təkmilləşdirilməsi çərçivəsində parkomatların quraşdırılması barədə qərar düzgün və vaxtında verilmiş qərardır. Trend xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, parklama şəhərdə nəqliyyatın hərəkətinin təşkilində mühüm elementlərdən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri düzgün parklama prosesini və nəqliyyat vasitələrinin vaxtında yola düşməsini tənzimləyən parkomatların quraşdırılması oldu: “Sistem təkmilləşdirilir və bu proses davam etdiriləcək. İlkin mərhələdə bəzi çatışmazlıqların olması mümkündür, lakin ümumilikdə, biz hesab edirik ki, bu, düzgün və vaxtında qəbul edilmiş qərardır”.
Trend.az