“Azərbaycan Avropa İttifaqına strateji əməkdaşlıq sazişi imzalamağı təklif edib”
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə strateji əməkdaşlıq sazişi imzalanmasını təklif edib.
APA-nın məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
N. Məmmədov deyib ki, Azərbaycan milli maraqlarını əsas götürür və bütün tələblərinə cavab vermədiyi üçün Avropa İttifaqının “Assosiasiya sazişi” imzalanması təklifinə cavab verməyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın Avropa İttifaqına təklif etdiyi strateji əməkdaşlıq sazişi üzərində iş gedir.
Apa/az