Norveç səfiri Azərbaycanda minatəmizləmə işləri ilə tanış olub
Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Bard Ivar Svendsen başda olmaqla səfirlik və NATO/NSPA nümayəndələri ANAMA-nın regional mərkəzlərinə olublar.
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.
ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində Agentliyin təlim imkanları, müxtəlif ölkələr üçün bu günədək həyata keçirdilmiş beynəlxalq təlimlər və təlim vəsaitləri haqqında məlumat verilib. Agentliyin nailiyyətləri və gələcək işləri haqqında təqdimat habelə geniş miqyasda alət və avadanlıq sərgi təşkil olunub.
Ağstafa regionuna səfər zamanı Agentliyin regionda mövcud olan imkanları ilə tanış olan Norveç və NATO nümayəndələrinə Agentliyin əməliyyat heyəti tərəfindən NATO/NSPA ilə birgə həyata keçirilən Ceyrançöl layihəsinin gedişatına dair təqdimat verilib.
Qeyd edək ki, Norveç Krallığı Ceyrançöl layihəsinə donor ölkə olaraq 204 min avro məbləğində töhfə verib.
Apa.az