Nizami rayonu üzrə səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul Nizami rayonunda keçirilib.
BŞTİ-dən AzərTAc-a bildiriblər ki, Nizami rayonu üzrə 201 nömrəli məktəbdə keçirilən səyyar qəbulda Keşlə qəsəbəsindəki 12, 201, 227, 312, 328 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Səyyar qəbul saat 10.00 – da başlanıb və vətəndaşların müraciəti bitənədək davam edib. Nizami rayonu üzrə 25 müraciət qəbul edilib. Əsas müraciətlər mühafizə sistemi, kitabxananın yeni kitablarla təminatı, birinci sinfə qəbul, kursların açılması, istilik sistemi, məktəblərin təmir edilməsi, akt zalı və işlə təminat məsələləri ilə bağlı olub.
Müəllim və valideynləri narahat edən bu məsələlər BŞTİ-nin nümayəndələri tərəfindən dinlənilib və idarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
AzərTac.az