Nepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər

Posted by

Nepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblərNepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər

Nepaldan təxliyə olunan Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin tapşırığına əsasən xüsusi təyyarə ilə Bakıya gətiriliblər

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınan humanitar yardım uğurla ünvana çatdırılıb.

 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin göstərişinin icrasının davamı olaraq, Nepalda təbii fəlakət zonasından təxliyə edilmiş 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşını gətirən həmin təyyarə mayın 1-də saat 07:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

 

Nepaldan təxliyə olunan vətəndaşlarımız onların ölkəmizə gətirilmələri üçün verdiyi göstərişə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar dedilər ki, xarici ölkədə təbii fəlakətlə üzləşmək çox çətindir. Dövlətimizin başçısı bizi və ailəmizin üzvlərini üzləşdiyimiz çətin vəziyyətdən xilas etdi. Dövlətimizin başçısı bu göstərişi ilə bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

 

Gürcüstan vətəndaşları da göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını çatdırdılar.

 

Xatırladaq ki, aprelin 25-də Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ bu ölkədə son 80 ildə ən güclü yeraltı təkan hesab olunur. Təbii fəlakət ən çox Nepalın paytaxtı Katmandu şəhərinə ziyan vurub. Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət elan edib. BMT regionda humanitar fəlakət təhlükəsi barədə bəyanat verib.

 

Son məlumatlara görə Nepaldakı zəlzələ nəticəsində 6 min nəfərdən çox insan həlak olub, 10 min nəfərdən artıq isə yaralanıb.

 

AzərTac.az