Nazirlər Kabinetinə dövlət qurumlarının yüksək qiyməti olan avadanlıqları sərbəst silməsinin qarşısını almaq üçün təklif təqdim edilib

Posted by

Nazirlər Kabinetinə dövlət qurumlarının yüksək qiyməti olan avadanlıqları sərbəst silməsinin qarşısını almaq üçün təklif təqdim edilibNazirlər Kabinetinə dövlət qurumlarının yüksək qiyməti olan avadanlıqları sərbəst silməsinin qarşısını almaq üçün təklif təqdim edilib

Nazirlər Kabinetinə dövlət qurumlarının yüksək qiyməti olan avadanlıqları sərbəst silməsinin qarşısını almaq üçün təklif təqdim edilib

Hesablama Palatası Nazirlər Kabinetinə “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin siyahısına əlavə edilməsi barədə təklif təqdim edib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərin satışı üzrə Qaydalar”ın 2.11-ci bəndində xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi qaydaları və 2005-ci il 20 aprel tarixli qərarı ilə “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin siyahısı müəyyən edilib.

 

Qaydalara əsasən, xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəy verilməklə Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri zamanı büdcədən maliyyələşən dövlət qurumları, habelə səhmləri tamamilə və ya nəzarət zərfi dövlət mülkiyyətində saxlanılan səhmdar cəmiyyətləri tərəfindən istehsalat zərurəti ilə əlaqədar dövlət əsaslı vəsait qoyuluşu hesabına yüksək qiyməti olan əsas vəsaitlərin (avadanlıqların, mexanizmlərin və s.) alınması hallarına rast gəlinir. Bu avadanlıqlar Nazirlər Kabineti tərəfindən müəyyən edilən “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin siyahısında öz əksini tapmadığına görə dövlət müəssisə və təşkilatları tərəfindən balansdan silinə bilər. Hesablama Palatası bu kimi əsas vəsaitlərin (fondların) səmərəli istifadə olunması və silinməsinə nəzarətin gücləndirilməsi məqsədilə “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”nin siyahısına “dövlət vəsaiti hesabına alınmış texnoloji avadanlıqlar” kimi əlavə bəndin salınmasını məqsədəuyğun hesab edib. Hesablama Palatası hesab edir ki, qeyd olunan əlavələrin edilməsi balanssaxlayıcıları tərəfindən adı çəkilən əsas vəsaitlərin (fondların) sərbəst balansdan silinməsi hallarının qarşısının alınmasına və onların bu istiqamətdə məsuliyyətlərinin artırılmasına əhəmiyyətli təsir etmiş olar.

 

Qeyd edək ki, hazırda qüvvədə olan “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri” siyahısına ekologiya müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, yanğından mühafizə və mülki müdafiə təyinatlı əsas vəsaitlər (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan), dövlət və səfərbərlik ehtiyatlan saxlanılan tikililər və qurğular (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan), respublika əhəmiyyətli ötürücü qurğular – neft və neft məhsullarının magistral kəmərləri, magistral qaz kəmərləri, magistral su kəmərləri, 220 kilovoltdan yuxarı olan elektrik verilişi xətləri və qurğuları (ilkin balans dəyəri 2,5 milyard manatdan yuxan olan), elektrik və istilik stansiyaları (dəyərindən asılı olmayacaq), respublika əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər, limanlar (ilkin balans dəyəri 2,0 milyard manatdan yuxarı olan), nəqliyyat vasitələri (ilkin balans dəyəri 5,0 milyard manatdan yuxan olan), mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının balansında olan binalar (ilkin balans dəyəri 1,5 milyard manatdan yuxarı olan) və tərkibində qiymətli metalların dəyəri 25,0 milyon manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar) daxildir.

 

 

Apa.az