Nazirlik sosial şəbəkələrdə yayılan viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Posted by

Nazirlik sosial şəbəkələrdə yayılan viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edibNazirlik sosial şəbəkələrdə yayılan viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Nazirlik sosial şəbəkələrdə yayılan viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Bu gün sosial şəbəkələr üzərindən bir sıra spam və virusların fəallaşması müşahidə edilib.

 

“APA-Economics”in məlumatına görə, viruslar əsasən Facebook sosial şəbəkəsinin istifadəçilərinə video şəklində gəlir.

 

Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, öz internet provayderlərinə müraciət etməyə çağırır və bu kimi mesajları açmamaq və dərhal silməyi tövsiyə edir.

 

Qeyd edək ki, bu tipli mesajların qəbulu və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, habelə təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhlükə qarşısında qoyur.

 

Apa.az