Nazir Əli Abbasov: «Azerspace-2» peyki 30 aydan sonra orbitə buraxılacaq»
Azərbaycanın ikinci süni telekommunikasiya peyki olan «Azerspace-2» orbitə 30 aydan sonra buraxılacaq.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, «Azerspace-2» telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı qapalı tender elan olunub: «Bu tenderin qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib. Hesab edirəm ki, tender bir neçə ay ərzində bitəcək».
Nazir əlavə edib ki, bundan iki ay sonra qalib olan şirkətlə müqavilənin imzalanması prosesi başlayacaq: «Bu müqavilənin avqust ayında imzalanması gözlənilir və peyk 30 ay müddətinə orbitə buraxılacaq».
Apa.az