NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gələcək
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfər edəcək. Bunu Trend-ə NATO-nun mətbuat ofisindən deyiblər.
Bununla belə, səfərin dəqiq tarixi barədə məlumat verilməyib.
Qeyd edək ki, Ermənistan KİV-in məlumatına əsasən, C.Appaturay yanvarın 15-də Yerevana gedəcək. Buna görə də onun həmin dövrdə Azərbaycana səfəri istisna edilmir.
Trend.az