Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirənlərə sertifikatlar təqdim olunub

Posted by

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirənlərə sertifikatlar təqdim olunubƏməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirənlərə sertifikatlar təqdim olunub

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirənlərə sertifikatlar təqdim olunub

Bu gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində (ETTM) əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirən şəxslərə sertifikatlar təqdim olundu.

 

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) rəisi Fuad Əlizadə bildirdi ki, kurslara iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən müəssisələrdən 21 nəfər mütəxəssis cəlb edilib. Bu ayın sonunadək ümumilikdə 50 nəfərin bu kurslara cəlb edilməsi nəzərdə tutulur.

 

DƏMX və nazirliyin Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən təşkil olunan kurslarda məqsəd əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin maarifləndirilməsi və onların peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır.

F.Əlizadə vurğuladı ki, idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların yerinə yetirilməməsi halları aşkar olunur. Aparılan təhlillər zamanı aydın olub ki, belə halların baş verməsinin əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın aşağı olmasıdır. Bununla əlaqədar, əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsi və onların yenidən hazırlığının təmin edilməsi üçün tədris kurslarının təşkili qərara alınıb.

 

Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov nəzərə çatdırdı ki, kurslarda Əmək Məcəlləsi anlayışı, istehsalatın müxtəlif sahələrində fəaliyyət göstərən işçilərin əməyinin təhlükəsizliyi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları, əməyin mühafizəsi xidmətinin təşkili, əmək normaları, əməyin ödənilməsi normaları və s. barədə müdavimlərin bilik səviyyəsi artırılacaq. Bununla yanaşı, onlara daim təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyəti, nəzəri biliklərin təcrübədə tətbiqi yolları öyrədiləcək. Kursları bitirənlərə müvafiq sertifikatlar veriləcək.

Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

 

Trend.az