Ümumrusiya Azərbaycanlılar Konqresi RF Dövlət Dumasına və Baş Prokurorluğuna məktub göndərmişdir

Posted by

Ümumrusiya Azərbaycanlılar Konqresi RF Dövlət Dumasına və Baş Prokurorluğuna məktub göndərmişdir

Ümumrusiya Azərbaycanlılar Konqresi RF Dövlət Dumasına və Baş Prokurorluğuna məktub göndərmişdir

Ümumrusiya Azərbaycanlılar Konqresi RF Dövlət Dumasına və Baş Prokurorluğuna məktub göndərmişdir

Ümumrusiya Azərbaycanlılar Konqresi adından tarixçi və hüquqşünasların iştirakı ilə iki məktub hazırlanmışdır. Məktublardan biri Rusiya Dövlət Dumasının sədrinə, digəri Baş Prokurorluğa ünvanlanmışdır.

 

Dövlət Dumasına ünvanlanan məktubda Azərbaycanın tarixini deputatlara xatırlatmaq, Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin sözlərinə Dumanın deputat etikası məsələləri komissiyasında baxılması və bununla əlaqədar olaraq ona sərt cəza verilməsi tələbi yer almışdır.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev AzərTAc-a müsahibəsində demişdir: “İkinci məktubda RF qanunvericiliyinin pozulmasından danışılır. Biz RLDP liderinin çıxışını hüquqşünaslarla birlikdə diqqətlə öyrəndik və Baş Prokurorluğa məktub hazırladıq. Məktubda Rusiya Federasiyası qanunlarının pozulması faktı sübuta yetirilir”.

Onun sözlərinə görə, konqresin rəyasət heyəti regional bölmələrin sədrləri ilə müşavirə keçirmişdir. İ.Hacıyev demişdir: “Qeyd etmək istərdim ki, Ümumrusiya Azərbaycanlılar Konqresi RF-nin 80-dən çox regionunda təmsil olunmuşdur. Bizim regional bölmələrimiz də etiraz məktubu hazırlamışlar və onu həm yerli hakimiyyət orqanlarına, həm də RLDP-nin regional bölmələrinə göndərəcəklər.

İ.Hacıyev demişdir: “Məqsədimiz budur ki, ədalətsiz hücumlara və böhtana məruz qalan Azərbaycan xalqının səsi eşidilsin, günahkar Vladimir Jirinovski isə qanun çərçivəsində məsuliyyətə cəlb olunsun”.

Xatırladaq ki, RLDP lideri Vladimir Jirinovski bu günlərdə RF Dövlət Dumasının iclasında çıxış edərkən azərbaycanlılar barədə xoşagəlməz fikirlər səsləndirmişdir.

 

AzərTac.az