“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “YENİ HƏYAT – keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına ictimai dəstək” layihəsinin icrasına başlamışdır.
Layihənin icrasına başlanması ilə əlaqədar 17 may 2017-ci il tarixdə saat 11:00-da New Baku Hoteli-nin (Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 9C) 1-ci mərtəbəsindəki zalda mətbuat konfransı keçiriləcəkdir. Mətbuat konfransına KİV və QHT nümayəndələri dəvətlidir.
Sözügedən layihənin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onların qarşılaşdıqları hüquqi, psixoloji və sosial problemlərin həllinə kömək etməkdir.
Mətbuat xidməti
11.05.2017