MSK prezident seçkilərinin nəticələrinə dair yekun protokolu Konstitusiya Məhkəməsinə göndərib
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, oktyabrın 9-da milyonlarla seçici seçki məntəqələrinə gedərək fəal şəkildə səsvermədə iştirak edib: “Bu proses yaradılan imkanlar hesabına yüksək səviyyədə işıqlandırılıb. Seçki prosesi minlərlə beynəlxalq və yerli müşahidəçi tərəfindən izlənilib. Seçki prosesi zamanı nəticələrə təsir edən pozuntu halı baş verməyib”.
İclasda prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb. Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.
Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.