MSK DİN-lə birgə müşavirələrə başlayır

Posted by

MSK DİN-lə birgə müşavirələrə başlayırMSK DİN-lə birgə müşavirələrə başlayır

MSK DİN-lə birgə müşavirələrə başlayır

Azərbaycanda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.

 

 

MSK-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, dekabrın 13-dən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır. Bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

 

Seminar-müşavirələr 2014-cü il dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda və dekabrın 16-da Bakıda keçiriləcək.

 

Qafqazinfo.az