Moskva Dövlət Universitetinin Bakı filialında Hyuston Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi

Posted by

Moskva Dövlət Universitetinin Bakı filialında Hyuston Universitetinin nümayəndə heyəti ilə görüş keçirildiMoskva Dövlət Universitetinin Bakı filialında Hyuston Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi

Moskva Dövlət Universitetinin Bakı filialında Hyuston Universitetinin nümayəndə heyəti ilə görüş keçirildi

14-18 yanvar 2015-ci il tarixlərində Bakı Ali Neft Məktəbinin dəvəti ilə Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

 

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və Magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil idi.

 

Səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, ADA Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirildi.

 

16 yanvar tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü prof. Nərgiz Paşayeva da qonaqlarla görüşüb. Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

Rektor N.Paşayeva, həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğuladı.

 

Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirdi.

 

Trend.az