Monteneqro Azərbaycanla xüsusilə investisiya qoyuluşu sahəsində əlaqələrin inkişafında maraqlıdır

Posted by

Monteneqro Azərbaycanla xüsusilə investisiya qoyuluşu sahəsində əlaqələrin inkişafında maraqlıdır

Monteneqro Azərbaycanla xüsusilə investisiya qoyuluşu sahəsində əlaqələrin inkişafında maraqlıdır

Monteneqro Azərbaycanla xüsusilə investisiya qoyuluşu sahəsində əlaqələrin inkişafında maraqlıdır

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Bu ilin mart ayında Azərbaycan nümayəndə heyətinin Monteneqroya səfərini xatırladan nazir səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının, görüşlərin, həmçinin iş adamlarının iştirakı ilə biznes forumun keçirildiyini qeyd edib. Bildirilib ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır: “Ötən il TAP layihəsi üzrə imzalanmış anlaşma memorandumu Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlıq üçün gözəl imkandır. Hazırda iki ölkə arasında bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcək. Kənd təsərrüfatı, turizm, infrastruktur və investisiya qoyuluşu sahələrində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”.

Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını vurğulayıb, təəssüflə qeyd edib ki, münaqişə ilə bağlı hələ də ikili standartlar tətbiq olunur, işğalçı Ermənistanın və qondarma rejimin nümayəndələrinə Avropaya səfər etmək üçün vizalar verilir, beynəlxalq tribunalarda onlara çıxış etmək imkanı yaradılır. Nazir beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti R.Krivokapiç inkişaf edən Azərbaycan-Monteneqro əlaqələrindən məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik inkişafının ölkəsinin diqqət mərkəzində olduğunu vurğulayıb.

Monteneqro barədə məlumat verən R.Krivokapiç ölkəsinin Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafında, xüsusilə də investisiya qoyuluşu sahəsində maraqlı olduğunu diqqətə çatdırıb.

 

Trend.az