Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tovuz şəhərində vətəndaşları qəbul etmişdir

Posted by

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tovuz şəhərində vətəndaşları qəbul etmişdir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tovuz şəhərində vətəndaşları qəbul etmişdir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tovuz şəhərində vətəndaşları qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 11-də Tovuz şəhərində növbəti vətəndaş qəbulunu keçirmişdir.

AzərTAc xəbər verir ki, qəbulda Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Komitənin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə qurumun digər fəaliyyət sahələrinə aid məsələlərlə bağlı müraciətlərinə baxılmışdır.

 

Komitə sədri vətəndaşları narahat edən məsələləri diqqətlə dinləmiş, bu müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirmişdir. Bəzi müraciətlər yerindəcə həllini tapmışdır. Qəbul zamanı araşdırma tələb olunan müraciətlər qeydiyyata götürülmüşdür. Belə müraciətlər tam araşdırıldıqdan sonra vətəndaşlara bu barədə məlumat veriləcəkdir.

Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

AzərTac.az