Əmlak Məsələləri Dövlət Komitəsinin elektron məlumat bazasının fəaliyyəti müvəqqəti dayandırıldı
Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya-kommunikasiya texnologiyaları üzrə server və şəbəkə infrastrukturunda, elektron məlumat bazalarında həyata keçirilən texniki yenidənqurma işləri ilə əlaqədar olaraq komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlər mayın 9-u 11-i tarixlərində dayandırılacaq. Bu barədə Trend Dövlət Komitəsinə istinadən məlumat verib.
Mayın 12-dən etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətləri tam fəaliyyəti ilə istifadəçilərin ixtiyarında olacaq.
Trend.az