Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsi” müzakirə olunub
İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib. Tədbirdə regionların inkişafı siyasətinin qarşıdakı illərdə də davam edəcəyi və 2014-2018-ci illəri əhatə edəcək yeni “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın regionların inkişafında yeni mərhələ olacağı diqqətə çatıdırılıb.
Sia.az