Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə edilən müraciətlərin sayı iki dəfə azalıb
Cari ilin yanvar ayında vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Qaynar xətt”inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub. Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.
Qeyd edilib ki, son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin 142 – “Qaynar xətt”inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşayiət olunur.
Apa.az