Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi keçirdiyi interaktiv sorğunun nəticələrini açıqlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytında (www.mlspp.gov.az) “İş şəraitiniz sağlam və təhlükəsiz əmək normalarına cavab verirmi?” sualı əsasında keçirilən interaktiv sorğu başa çatıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, respondentlərin 66%-i (1 524 nəfər) sorğuya cavabında hazırkı iş şəraitinin sağlam və təhlükəsiz əmək normalarına cavab verdiyini ifadə edib. Sorğuda iştirak edənlərin əksəriyyətinin iş şəraitinin sağlam və təhlükəsiz əmək normalarına cavab verməsini vurğulaması son dövrlər iş yerlərində əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, eyni zamanda əməyin mühafizəsi məsələlərinə işəgötürənlərin diqqətinin artırılması üçün aparılan təbliğat-maarifləndirmə işlərinin müsbət nəticəsidir.

 

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 2014-cü ilin sentyabr ayından başlayaraq həyata keçirdiyi davamlı tədbirlər çərçivəsində işəgötürənlərlə, əmək kollektivləri ilə görüşlər keçirilərək, onlara əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə ətraflı məlumatlar, hüquqi izahatlar verilib. Eyni zamanda istehsalat qəzası riski yüksək olan ayrı-ayrı müəssisələrdə əməyin mühafizəsi vəziyyətinə nəzarət tədbirləri həyata keçirilib, bu sahədə aşkar olunan nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görülüb.

 

Sorğuda iştirak edənlərin 34%-nin (801 nəfər) “İş şəraitiniz sağlam və təhlükəsiz əmək normalarına cavab verirmi?” sualını mənfi cavablandırması isə ayrı-ayrı müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasında nöqsanların hələ də mövcud olduğunu deməyə əsas verir. Bu isə işəgötürənlərin əməyin mühafizəsinin təmin olunmasına diqqətinin artırılması üçün görülən məqsədyönlü tədbirlərin qarşıdakı dövrdə də davam etdirilməsinin zəruriliyini təsdiq edir.

 

 

Apa.az