Minsk qrupunun həmsədrləri təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçəcəklər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və ATƏT-in Minsk qrupunun həmsədrləri 19 may tarixində təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməyi planlaşdırırlar.
Trend/az