Minsk qrupunun amerikalı həmsədri həftənin əvvəli Bakıya gələcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftənin əvvəli Bakıya gələcək. Bu barədə Trend-ə diplomatik mənbə bildirib.
Həmsədr, həmçinin Ermənistan və Dağlıq Qarabağda da olacaq.
Amerikalı həmsədrin regiona səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik missiyasına başlamaqdır.
Qeyd edək ki, C.Uorlik ötən ay ATƏT-in Minsk qrupuna həmsədr təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb.
Sözügedən səfər C.Uorlikin regiona həmsədr kimi ilk səfəri olacaq.