Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır

Posted by

Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır

Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır

Minsk qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən narahatdır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində davamlı zorakılıqdan narahatdır. Bu barədə C.Uorlik Trend-ə eksklüziv müsahibəsində bildirib.

C.Uorlik deyib: “Təmas xəttində davamlı zorakılıqdan və bunun sülh prosesini sarsıdacaq potensialından dərin narahatlıq keçirirəm”.

Amerikalı həmsədrin sözlərinə görə, bütün tərəflər danışıqlar mühitinin yaxşılaşdırılması üçün zorakılığı və ritorikanı azaltmağa diqqət etməlidirlər: “Son zamanlar baş verən ölüm və yaralanma halları göstərir ki, bu, qalibi olmayan təhlükəli bir münaqişədir”.

Ukraynada baş verən son hadisələrdən sonra ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətin daha da artırılmasının vacibliyinə dair sualı cavablandırarkən C.Uorlik qeyd edib ki, ATƏT və onun bütün institutları həmsədrlərin tərəflərə bu münaqişənin sülh yolu ilə həllinə nail olmasındakı kömək səylərini dəstəkləyir: “Regionda baş verən hadisələr bu işin vacibliyini bir daha vurğuladı. Tərəflər sülh prosesinin irəlilədilməsi istiqamətində cəsur addımlar atmaq üçün bu məqamdan istifadə etməlidirlər. Bu addımlar etimadın yaradılması tədbirləri, xalq diplomatiyasının qurulması, bir seçim kimi gücdən istifadə edilməsinin birdəfəlik aradan qaldırılmasından ibarət ola bilər”.

Onun sözlərinə görə, həmsədrlər hər bir şəkildə kömək etməyə hazırdır: “Mən və digər həmsədrlər diqqətimizi tərəflərə münaqişənin BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və prezidentlərimizin son beş ildə verdiyi bəyanatlarda vurğulanan elementlər əsasında ədalətli və davamlı həllinə nail olunmasında kömək etməyə yönəltmişik. Bizim neytrallığımız bu proses üçün çox vacibdir”.

C.Uorlikin sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ və ətraf rayonlara müntəzəm olaraq səfər edir və bu səfərləri davam etdirəcək: “Bu səfərlər buradakı vəziyyəti daha yaxşı anlamaq üçün unikal imkandır”.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə gəlincə isə, həmsədr bildirib ki, prezidentlər yüksək səviyyədə danışıqların bundan sonra da keçirilməsinə ehtiyac olduğu ilə razıdırlar: “Biz onlara görüşün vaxtı və yeri barəsində razılığa gəlməyə kömək etməyə çalışırıq, lakin bu onların özündən asılıdır. Prezidentlərin ötən ilin noyabrında Vyanada keçirilən görüşü sülh prosesi üçün mühüm addım oldu. Biz o zaman qaldırılan substantiv məsələlərin tezliklə müzakirəsini davam etdirməyə səbrsizlənirik”.

 

Trend.az