Milli Nüvə Tədqiqatları Mərkəzi Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib
Nazirlər Kabineti “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2014-cü il 8 may tarixli sərəncamına əsasən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılıb.
Apa.az