Milli mənəvi ailə dəyərlərinə həsr olunmuş konfrans

Posted by

Milli mənəvi ailə dəyərlərinə həsr olunmuş konfrans

Milli mənəvi ailə dəyərlərinə həsr olunmuş konfrans

 

 

Milli mənəvi ailə dəyərlərinə həsr olunmuş konfrans

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Bakıda “Milli mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirilir.

 

Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova, DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan cəmiyyətində ailə institutu milli mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlayır. Ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsi əsas məqsədlərimizdəndir. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir.

 

Konfransda ekspertlərin iştirakı ilə Azərbaycanda ailə institutu: sosioloji, kulturoloji və psixoloji məqamlar, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu kimi mövzular müzakirə olunur.

 

 

 

 

AzərTac.az