Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcəkdir

Posted by

Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçiriləcəkdir.

AzərTAc xəbər verir ki, əvvəlcə iclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcəkdir.

Milli Məclisin deputatları “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirə edəcəklər.

Deputatlar, həmçinin ikinci oxunuşda “Dəniz limanları haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihələrinə baxacaqlar.

AzərTac.az