Milli Məclisin yaz sessiyasının növbəti iclasında 12 məsələ müzakirə olunacaqdır

Posted by

Milli Məclisin yaz sessiyasının növbəti iclasında 12 məsələ müzakirə olunacaqdır

Milli Məclisin yaz sessiyasının növbəti iclasında 12 məsələ müzakirə olunacaqdır

Milli Məclisin yaz sessiyasının növbəti iclasında 12 məsələ müzakirə olunacaqdır

Fevralın 14-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olunacaqdır.

Deputatlar “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxacaqlar.

Milli Məclisin deputatları Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsini də nəzərdən keçirəcəklər.

İclasda “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi də müzakirə ediləcəkdir.

Həmçinin Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması haqqında Azərbaycan Respublikası qanununun layihəsinə baxılacaqdır.

Deputatlar Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrini də nəzərdən keçirəcəklər.

 

AzərTac.az