Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir
Mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçiriləcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə ediləcəkdir.
Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə də baxılacaqdır.
Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət-Prosessual məcəllələrində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”,
“Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaqdır.
AzərTac.az