Milli Məclisin son plenar iclası başlayıb
Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə “Yol hərəkəti haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Pasportlar haqqında”, “Mühasibat uçotu haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara, Miqrasiya Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və digər məsələlər daxildir.
Trend.az