Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcə zərfinin müzakirəsinə başlanılıb
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.
“APA-Economics”in məlumatına görə, iclasın gündəliyinə əsasən bu gündən etibarən Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfi parlamentin plenar müzakirəsinə çıxarılır.
Büdcə zərfinə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.
Bundan başqa, iclasda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 14-də keçiriləcək plenar iclasında büdcə zərfinin müzakirəsi davam etdiriləcək.
Apa.az