Milli Məclisin 2017-ci ildə ilk iclasının tarixi müəyyənləşib
Azərbaycan Milli Məclisinin komitələri yanvarın 12-dən etibarən yaz sessiyasında işə başlayacaq.
APA-nın məlumatına görə, parlamentin 2017-ci ildə ilk plenar iclası isə fevralın 1-də baş tutacaq.
Bu ay keçiriləcək komitə iclaslarında Milli Məclisin ilk iclasının gündəliyi müzakirə olunaraq təsdiqlənəcək.
Apa.az