Milli Məclisdə HİV haqqında qanunla bağlı dinləmələr keçiriləcək
Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən “HİV haqqında” mövcud qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçiriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə komitənin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, ictimai dinləmələrin dekabrın 4-də parlamentdə keçirilməsi nəzərdə tutulur.
H.Rəcəbli bildirib ki, bu dinləmələrdə həm komitəmizin üzvləri, həm bu məsələ ilə əlaqəli qurumlar, QHT-lər, həm də gənclər iştirak edəcəklər.
Trend.az