Mayın 31-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin uşaqlar üzrə alt komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, “Rəqəmsal mühitdə uşaqların qorunması və bilik bacarıqlarının artırılması” mövzusunda keçirilən iclası Milli Məclis sədrinin müavini Bahar Muradova açıb.
Bahar Muradova bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması məsələsinə xüsusi önəm verilir. Azərbaycan bu məsələlər qanunlarla tənzimlənir. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir.
AŞPA deputatı Baronessa Dorin Massey isə qeyd edib ki, internet uşaqların imkanlarını genişləndirdiyi kimi, müəyyən problemlərə də yol açır. Bir çox hallarda internetdən istifadə halları uşaqların istismarına və digər xoşagəlməz hadisələrə gətirib çıxarır. Dünyada bu cür xoşagəlməz hallara rast gəlinir. Odur ki, dünyadakı uşaq problemləri strategiyası ilə AŞPA məşğul olur.
AZƏRTAC