Milli Məclis “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri qəbul edib

Posted by

Milli Məclis "Tibbi sığorta haqqında" qanuna dəyişiklikləri qəbul edib

Milli Məclis “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri qəbul edib

Milli Məclis "Tibbi sığorta haqqında" qanuna dəyişiklikləri qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Trend-in məlumatına görə, qanunun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən, tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırmalıdır.

16-cı maddənin beşinci hissəsində “qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən” sözləri “qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında” sözləri ilə əvəz edilib.

17-ci maddədə isə “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilib.

Qanuna dəyişiklər səsə qoyularaq qəbul edilib.

 

Trend.az