Milli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanır

Posted by

Milli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanırMilli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanır

Milli Məclisə seçkilərlə əlaqədar seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanır

Sentyabrın 16-dan başlayaraq Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanacaq.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən dairə seçki komissiyaları səsvermə gününə 45–25 gün qalmış seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

 

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bu müddət sentyabrın 17-dən oktyabrın 7-dək olan dövrü əhatə edir. Məntəqə seçki komissiyaları isə səsvermə gününə 24–3 gün qalmış, yəni oktyabrın 8-dən oktyabrın 29-dək seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

 

Apa.az