Milli Məclis sədrinin müavini: “Başqa ölkənin pasportunu əldə etmək istəyən vətəndaş Azərbaycan pasportunu itirəcək”
“Azərbaycan qanunlarına görə birmənalı olaraq ölkə vətəndaşı ikili vətəndaşlıq statusu daşıya bilməz”.
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib.
B.Muradova deyib ki, Azərbaycan vətəndaşı olan şəxs bu və ya digər maraqları nöqteyi-nəzərindən Rusiya pasportu əldə etmək istəyəcəksə, Azərbaycan pasportunu itirəcəyini bilməlidir: “Vətəndaş üçün fərq etmirsə, bu onun öz işidir. Yox, vətəndaş üçün bunun fərqi varsa, hesab edirəm ki, belə hallara yol verilməyəcək. Azərbaycan tərəfi də bu məsələ ilə bağlı narahatedici məqamları nəzərə alaraq fəaliyyətini qurmalıdır və qurur”.
Apa.az