Milli Məclis prezidentlərin bəyannaməsini təsdiq etdi
Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı bəyannaməsi bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, 2016-cı il avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhaninin üçtərəfli görüşünün yekunu olaraq imzalanmış bəyannamə müsbət qarşılanıb.
Qeyd olunub ki, bu bəyannamə ölkələr arasında münasibətlərin inkişafı ilə yanaşı, bölgədə sabitliyin qorunmasına öz töhfəsini verəcək. Azərbaycan öz qonşuları ilə yaxın qonşuluq münasibətlərini inkişaf etdirir və bu tədqirəlayiq haldır.
Bəyannamə səsə qoyularaq deputatlar tərəfindən təsdiq edilib.
Trend.az