Milli Məclis dəniz limanlarının fəaliyyətini tənzimləyəcək qanun qəbul edib

Posted by

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dəniz limanları haqqında” Qanun layihəsi müzakirə edilərək ilkin oxunuşda qəbul edilib.

Trend xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.

Qanun eyni zamanda limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.

Çıxış edən millərt vəkilləri belə qanunun qəbul edilməsinin mühüm əhəmiyyətə malik olduğunu və onun ölkənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd ediblər.

Trend.az