Milli Məclis “Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb
Milli Məclisdə “Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlanılıb.
Trend-in məlumatına görə, üç gün davam edəcək müzakirələrdə, həmçinin “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında qanun layihələr , “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunacaq.
Trend.az