Milli Məclis 2016-cı ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələrini qəbul edib
Bu gün Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan qanun layihələri qəbul edilib.
“APA-Economics”in məlumatına görə, “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları səsə qoyularaq qəbul edilib.
Apa.az